İstanbulun 100 qonağı

Aqata Kristi, Mark Tven, Trotski, İbn Bəttutə, Qustav Flober, Ovsep Aznavur, Anri Prost kimi insanların İstanbula gəlməsi, gəzməsi, qalması və s.

473867
İstanbulun 100 qonağı

İstanbul Böyükşəhər Bələdiyyəsi ayrı-ayrı dövrlərdə İstanbula gələn 100 tanınmış qonağın hekayələrini "İstanbulun 100 qonağı" adlı kitabda bir yerə toplayıb.

"İstanbulun simaları" çərçivəsində dərc olunan kitabda İstanbulun şəhər silüeti, topoqrafyası və mədəni-sosial həyatına rəng qatan xarici nümayəndələr də yer alır.

Aqata Kristi, Mark Tven, Trotski, İbn Bəttutə, Qustav Flober, Ovsep Aznavur, Anri Prost kimi insanların İstanbula gəlməsi, gəzməsi, qalması şəhərin tanınmış olduğuna daha bir gözəl dəyər qatıb. Kitabda müxtəlif dövrlərdə gələn, milliyyət və peşələrindən asılı olmayaraq ortaq nöqtələri İstanbul olan 100 qonağın şəhərlə bağlı macəraları və təəssüratları əks olunur.

İstanbula səyahət edən məşhurlar kitabda iki qrupa bölünüb. Birinci qrupda şəhərin şöhrətini eşidib gələn, çox az qaldıqları İstanbulda gördüklərini sonralar səyahətnamələrində əks etdirən adamların adları və yazdıqları yer alır. İkinci qrupda isə iş və ya rəsmi görüşlər üçün gəlib uzun zaman İstanbulda qalan, təəssürat və xatirələrinini əsərlərində əbədiləşdirən insanlardır.



Әlaqәli Xәbәrlәr