Türkiyə və Çin “Mürəkkəb və rəngin sintezi”ndə

Çinin paytaxtı Pekində Türkiyə və çinli rəssamların əsərlərindən ibarət “Mürəkkəb və rəngin sintezi” adlı rəsm sərgisi keçirilib

2155347
Türkiyə və Çin “Mürəkkəb və rəngin sintezi”ndə

 

  Çinin paytaxtı Pekində Türkiyə və çinli rəssamların əsərlərindən ibarət “Mürəkkəb və rəngin sintezi” adlı rəsm sərgisi keçirilib.

  Pekin Yunus Əmrə İnstitutu və Türkiyənin Çin səfirliyi tərəfindən təşkil edilən sərgidə türkiyəli rəssamlar Tülay Musa və Suna Koçal ilə çinli rəssamlar Şiao Haiminq və Cou Youlianqın müxtəlif texnikalarda əsərləri nümayiş olunub.

  Sərginin açılışındakı çıxışında Türkiyənin Çin səfiri İsmail Hakkı Musa Türkiyə ilə Çinin tarixən qədim İpək Yolu ilə bağlı olduğunu və bu əlaqənin insanlar arasında təkcə ticarətdə deyil, həm də mədəniyyətdə ortaq zəmin yaratdığını bildirib: “Səfirlik olaraq təkcə siyasi və iqtisadi deyil, həm də mədəniyyət sahəsində qarşılıqlı əlaqələrə böyük əhəmiyyət veririk. Çünki tarixdən əsas qalanlar mədəniyyətdən gələnlərdir.”  

  Açılışdan sonra tamaşaçılara dörd rəssamın əl işləri təqdim olunub.

  Çinli sənətsevərlər sərgidəki əsərlərə böyük maraq göstəriblər.



Әlaqәli Xәbәrlәr