Türkiyədə Əliağa Vahidin qəzəlləri nəşr olunub

Kitabda Azərbaycanda, Türkiyədə və İranda dərc olunmuş əsərlərdən istifadə edilib.

426341
Türkiyədə Əliağa Vahidin qəzəlləri nəşr olunub

Türkiyədə Qəzəlxan Əliağa Vahidin həyatından bəhs edən və qəzəllərinin yer aldığı kitab dərc olunub.
“Türk dünyasının son böyük qəzəl şairi Əliağa Vahid və qəzəlləri" adlı əsərin müəllifi filologiya elmlər doktoru Mahmut Sarıkayadır. Əsərə elmi rəy isə məşhur türkoloq Prof. Dr. Tuncer Gülensoy tərəfindən yazılıb.
Dr. Mahmut Sarıkaya kitabı yazarkən Azərbaycanda, Türkiyədə və İranda Vahidlə bağlı dərc olunmuş əsərlərdən istifadə edib.
Qeyd edək ki, əsərin müəllifi olan Dr. Mahmut Sarıkaya əslən Azərbaycan türklərindəndir. Valideynləri Qərbi Azərbaycandan Türkiyənin Qars vilayətinə köçüb.



Әlaqәli Xәbәrlәr