Belçikada Türkiyə kitabxanası açılıb

Belçikanın Gent Universitetində Yunus Əmrə İnstitutu və Ziraat Bankının köməyi ilə, 1881 kitabdan ibarət Türkiyə kitabxanası açılıb.

406046
Belçikada Türkiyə kitabxanası açılıb

Belçikanın Gent Universitetində Yunus Əmrə İnstitutu və Ziraat Bankının köməyi ilə, 1881 kitabdan ibarət Türkiyə kitabxanası açılıb.
Açılışa Türkiyənin Brüssel Səfiri Mehmet Hakan Olcay, Anvers Baş konsulu Mǝtin Ergin, Yunus Əmrə İnstitutunun sədri Professor Doktor Həyatı Dəvəli ilə Gent Universiteti İncəsənət və Fəlsəfə Fakültəsi Dekanı Prof. Dr. Mark Boone ilǝ yanaşı tələbələr iştirak edib.
Professor Doktor Həyatı Dəvəli açılışda etdiyi çıxışında Belçika və Türkiyə arasındakı münasibətlərin 177 il tarixi olduğunu qeyd edǝrǝk, "Bunun daha çox inkişaf etdirilmǝsi mǝqsǝdilǝ Yunus Əmrə İnstitutu olaraq 2011-ci ildən bəri Belçikada olduğumuza görǝ Türk dilini, mədəniyyətini, incəsənətini, qısacası, mədəniyyətimizi tanış etmǝkdǝn böyük xoşbəxtlik duyuram. Eyni zamanda Belçikanın da Türkiyədə tanıdılması üçün bir körpü vəzifəsi gördüyümüzü məmnunluqla qeyd etmək istəyirəm" deyǝ bildirib.
Gent Universiteti İncəsənət və Fəlsəfə Fakültəsinin Dekanı Boone isə Yunis Əmrə İnstitutu və Ziraat Bankının verdiyi dəstəyə təşəkkür edərək, Türkiyə kitabxanasının təkcə universitet tələbələrinə deyil, Gent Bələdiyyəsi ilə bağlanmış müqavilə çərçivəsində hər kəsə açıq olacağını qeyd edib.

Kitabxanada, Türkcə kitablarla yanaşı Türkiyə haqqında İngilis dilində kitablar da var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr