Türk Filmləri həftəsi

Azərbaycanın paytaxtı  Bakıda Türk Filmləri həftəsi başlayıb

359909
Türk Filmləri həftəsi

Azərbaycanın paytaxt Bakıda Türk Filmleri həftəsi başlayıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TİKA və Yunuz Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutan nümayişlərdə AK Partiya Ordu Millət vəkili Mətn Gündoğdu, Bakı səfiri İsmail Alper Coşkunun yanında, Türkiyədən gələn kino sənətçilərinin və Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edib .
Azərbaycan kinosevərlərinə usta rejissorların 1970-ci və 2000-ci illərdə çǝkilib müvǝffǝqiyyǝt qazanan əsərləri təqdim ediləcək.
Türk filmləri həftəsi çərçivəsində “Park Sinema”da 8 bədii və 1 sənədli film nümayiş olunacaq.
Tamaşaçılar həmin kinoların rejissoru və ssenari müəllifləri ilə görüşmək imkanı qazanacaq.
Osman Sınavın 2012-ci ildə çəkdiyi ”Uzun hekayə” adlı bədii filmi nümayiş olundu. Bundan başqa, “İmam”, “Lal gecə”, “Selvi boylum al yazmalım”, “Mommo bacım”, “Gəlin”, “Kırımlı”, “Tunel” filmləri təqdim ediləcək. Bütün filmlərə giriş pulsuzdur. Türk Filmlǝri Həftəsi, 12 dekabr Şənbə günü sona çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr