Sakit okeandan türk rejissoruna mükafat

Asiyanın “Oskar”ı adlandırılan Asiya Film mükafatlarının sahiblərinin adı açıqlanıb.

395780
Sakit okeandan türk rejissoruna mükafat

Asiyanın “Oskar”ı adlandırılan Asiya Film mükafatlarının sahiblərinin adı açıqlanıb.
Doqquzuncu dəfə təşkil olunan mükafatlandırma mərasimində Әmin Alperin çəkdiyi “Abluka” filmi böyük mükafata layiq görülüb.
Sǝnǝm Tüzǝnin ilk filmi “Ana yurdu” da ən yaxşı ssenari nominasiyasının qalibi olub.
Festivalda ən yaxşı rejissor mükafat isə məşhur tailandlı rejissor Apichatpong Weerasethakulun çəkdiyi “Rak ti Khon Kaen” filminə verilib.
Asiya və Sakit okean bölgəsinin filmlərini tanıtmaq məqsədilə verilən mükafatlar bu coğrafiyanın film ustalarından ibarət olan bir akademiya tərəfindən seçilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr