Türk Dünyası Konsertlǝr silsilǝsi

Türk Dünyası Konsertlǝr silsilǝsinin Türkiyǝ hissǝsi paytaxt Ankarada keçirilib.

419919
Türk Dünyası Konsertlǝr silsilǝsi

TRT ekranlarından yayımlanan konsertdǝ valehedici ǝsǝrlǝr sǝslǝndirilib.
Konsertǝ TRT-nin Baş direktoru Şenol Göka ev sahibliyi edǝrkǝn Mǝdǝniyyǝt vǝ Turizm naziri Yalçın Topçu da konserti izlǝyib.
Nazir Topçu “Dünyada hǝrblǝrin yerinǝ şeirlǝrin oxunmasını, kǝdǝrlǝrin yerinǝ nǝğmǝlǝr sǝslǝndirilsin” deyib.
Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) ilə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən birgə həyata keçirilən “Mahnıdan–Şarkıya” layihəsi əsasında Ankarada geniş konsert keçirilib.
Konsertdən əvvəl Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu, ABİ-nin sədri, Azərbaycanın Xalq Artisti Firəngiz Əlizadə, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və başqaları çıxış ediblər.
Diqqətə çatdırılıb ki, hər iki dildə yazılmış şeirlərin tərcümə edilmədən oxunması bundan sonra da türk dünyasına aid konsertlərdə davam etdiriləcək. Bu layihənin gələcəkdə digər türkdilli xalqlar arasında geniş yayılması nəzərdə tutulub.
Layihənin şərtlərinə görə, Azərbaycandan altı tanınmış şairin şeirinə Türkiyənin altı bəstəkarı mahnı bəstələdi. Eyni zamanda Türkiyənin altı tanınmış şairinin şeirinə də altı Azərbaycan bəstəkarı mahnı bəstələyib. Hər iki dildə yazılmış şeirlər tərcümə edilmədən oxunur.
Ankaradakı konsert TRT Avaz və TRT Muzik televiziya kanallarında canlı yayınla nümayiş etdirilib.
Qeyd edək ki, layihə çərçivəsində bundan əvvəlki konsert Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr