"TRT Çocuk" kanalının ingiliscǝ versiyası açılacaq

TRT dünya ǝylǝncǝ vǝ musiqi, film/video bazarı “MİPCOM”un Fransanın Kan şǝhǝrindǝ tǝşkil etdiyi tǝdbirǝ şǝrǝf qonağı qismindǝ qatılır.

387859
 "TRT Çocuk" kanalının ingiliscǝ versiyası açılacaq

TRT dünya ǝylǝncǝ vǝ musiqi, film/video bazarı “MİPCOM”un Fransanın Kan şǝhǝrindǝ tǝşkil etdiyi tǝdbirǝ şǝrǝf qonağı qismindǝ qatılır.
Tǝdbirin açılış hissǝsindǝ çıxış edǝn TRT-nin direktoru Şenol Göka “TRT Çocuk” kanalının ingiliscǝ versiyasının açılacağına dair xǝbǝr verib.
Şenol Göka bildirib ki, biz TRT olaraq bundan sonrakı dövrdǝ “TRT Çocuk” kanalının World versiyasının yayımını başladacayıq. Bu kanalda çox yaxşı serillar, çox gözǝl filmlǝr, TRT-nin özünün buraxdığı proqramlar görǝcǝksiniz.
Son vaxtlarda Türkiyǝdǝ xüsusilǝ seriallar sektorunda parlaq vǝ ümidverici addımlar atıldığını bildirǝn TRT-nin direktoru Göka, bunun gǝlǝcǝkdǝ dǝ davam edǝcǝyini vurğulayıb.
Şenal Göka “MİPCOM”-un daimi iştirakçılarından olan TRT-nin böyük güclǝ bu tǝdbirǝ qatılmağa davam edǝcǝyini dǝ sözlǝrinǝ elavǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr