"Ən kiçik aktrisa"nın paltarları hərraca çıxarılır

“Hollywood”un məşhur uşaq ulduzu Şarli Templinin paltarları hərraca çıxarılır.

370853
"Ən kiçik aktrisa"nın paltarları hərraca çıxarılır

  Keçən əsrin 30-cu illərində kiçik bir uşaqkən unudulmaz filmlərdə oynayan Şarli Templinin (Shirley Temple) rollarında geyindiyi paltarları və filmlərlə bağlı bəzi orjinal ssenari mətnləri internet üzərindən satılacaq.

  Dünyanın dörd bir yanından Templi pərəstişkarlarını görüşdürən hərracdan ən az 1 milyon dollarlıq gəlir əldə edilməsi gözlənilir.

  Xatırladaq ki, Şarli Templi 1935-ci ildə hələ 6 yaşındaykən Oscara layiq görülüb. Oscar alan “Ən kiçik aktrisa” adını alan ilk və bu günə qədər son aktyor olub. 1951-ci ildə 21 yaşında kino dünyasından təqaüdə çıxıb, karyerinə diplomat kimi davam edib. Templi 2014-cü ilin fevral ayında San Fransiskoda dünyasını dəyişib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr