Türkiyənin kuklaları "Republica de Los Ninos"da

Ənənəvi türk oyuncaq körpələri - kuklaları Argentinalı sənətseverlərə türk mədəniyyətinin bir parçasını göstərəcək.

314853
Türkiyənin kuklaları "Republica de Los Ninos"da

  Buenos Aires əyalətinin paytaxtı La Platada olan Republica de Los Ninos adlı Kukla (Oyuncaq Körpə) Muzeyində ənənəvi türk oyuncaq körpələri sərgilənəcək.

  Türkiyənin Buenos Aires səfirliyi tərəfindən bağışlanan kuklalar arasında "Ankara seğmenləri", "Nəsrəddin Hoca" və "İstanbul gəlini" kimi oyuncaqlarla yanaşı Tokat, Kapadokya və Anadolunun fərqli bölgələrindən əllə düzəldilmiş kuklalar var.

  Muzeyin direktoru Cezar Luis Serna Amaya: "Türkiyənin etdiyi hədiyyə muzeyi hər gün gələn yüzlərlə adam üçün mühüm bir mədəni tanıtma olacaq" deyib.

  Tədbirin sonunda gələnlərə paxlava və Türk qəhvəsi paylanılıb.

  Qeyd edək ki, Republica de Los Ninos ölkənin əski dövlət başçısı Juan Peronun həyat yoldaşı və dünyada "Evita" kimi tanınan Eva Peron tərəfindən 1951-ci ildə qurulub.

  Muzeyə bir zamanlar gələn Walt Disney “Disneyland”ı qurarkən buradan ilham aldığını söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr