TRT gələcəyin jurnalistlərini seçib

Mükafatları Yalçın Akdoğan və Şenol Göka təqdim edib.

294604
TRT gələcəyin jurnalistlərini seçib

TRT Təhsil Departamenti tərəfindən təşkil edilən “TRT Gələcəyin Jurnalistləri” yarışması başa çatıb.

Paytaxt Ankarada təşkil edilən qala gecəsində tələbələrə Baş nazir müavini Yalçın Akdoğan və TRT-nin Baş direktoru Şenol Göka mükafatlar təqdim edib.
Yalçın Akdoğan, sanki festival havasında keçən mükafat mərasimindəki çıxışında TRT-nin bir məktəb olduğuna diqqət çəkib.
Jurnalistika fakültəsi tələbələri, xəbər və yayım üzrə 4 naminasiyada yarışıb.
Yarışmada 13 universitet mükafata layiq görülüb.
Mükafat alan tələbələrə isə TRT-də təhsil və staj haqqı qazanmaqla bərabər pul mükafatı da təqdim olunub.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr