Eurovisionun qalibi ölümlə təhdid edilib

Eurovision mahnı müsabiqəsinin qalibi İsveç nümayəndəsi Mans Zemerlov ölümlə təhdit edilib.

288993
Eurovisionun qalibi ölümlə təhdid edilib

Zemerlovun internet səhifəsində yerlәşdirdiyi fotoşəkil Albaniyanın reaksiyasına səbəb olub.
Zemerlov Albaniya bayrağına yatdığı fotoşəkili şəxsi ‘‘İnstegram’’ səhifəsində yerlәşdirdikdәn sonra fotoşəkilin altına ölümlә təhdid edilәn sözlәr yazılıb.
Albaniyanın Panorama qəzetinin‘‘Rüsvayçılıq’’ başlığı ilə yayımladığı xəbərdә, Zemirlov tənqid edilib. Hadisəyə İsveçdə yaşayan Alban vətəndaşları da sətr reaksiya göstərib.
İsveçin Expressen qəzetinə müsahibə verən İsveç-Albaniya Federasiyasının Başçısı Əli Şipşani, ‘‘Hörmətsiz bir hərəkətdir Zemerlovu üzr istəməyə dəvət edirəm’’ deyib.
Qeyd edək ki, tənqidlərin artması səbəbiylə Zemerlov söz mövzusu fotoşəkili səhifəsindən silib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr