Suriyalı rəssam Ərdoğan sevgisini rəsmə köçürdü

Ölkəsindəki vətəndaş müharibəsindən didərgin düşüb Türkiyəyə sığınan suriyalı rəssam Favvaz Əl-Bedran onlara sahib çıxan dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın əksini şəkillərə həkk edib.

265963
Suriyalı rəssam Ərdoğan sevgisini rəsmə köçürdü

  Suriyanın Haseki şəhərində rəsm müəllimliyi etmiş Əl-Bedran təxminən 3 il əvvəl qarışıqlıqlardan çarəni ailəsiylə birlikdə Türkiyəyə sığınmaqda tapıb. Şanlıurfanın Eyyubiyə mahalında kirayəyə götürdükləri evdə 4 uşağı, gəlini və 6 nəvəsiylə yaşayan əl-Bedran şəkil çəkməklə ailəsinin dolanışığını təmin etməyə çalışır.

  Həmyerlilərinə qucaq açdığı üçün Ərdoğana olan sevgisini şəkillərə köçürən rəssam Favvaz Əl-Bedran bunları təqdim etmək üçün ölkə başçısının şəhərə gəlməsini gözlədiyini, əks halda özünün Ankaraya gedəcəyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr