Türk kinosunun tamaşaçısı artdı

Bir əvvəlki ilə nisbətlə 61 milyon 400 minə çatdı.

264230
 Türk kinosunun tamaşaçısı artdı

 

Mərkəzi Strasburqda olan Avropa Kino Fondu tǝrǝfindǝn aparılan hesabata görə Türk kinosunun tamaşaçısı artdı.
Hesabata görə, Türkiyədə keçən il kino bileti satışları bir əvvəlki ilə nisbətlə təxminən yüzdə 22 artaraq 61 milyon 400 minə çatdı.
Türkiyədə kassa hasilatı da eyni dövrdə yüzdə 30 artaraq 655 milyon Türk lirasına yüksəldi.
28 Avropa İttifaqı ölkəlǝrindǝ də ümumi kassa hasilatı 2014-cü ilə görə 40 milyon avro artaraq 6 milyard 32 milyon avroya çatdı.
Avropa İttifaqı ölkələrində kassa hasilatını nəzərə alaraq Polşada yüzdə 9, Fransa və İspaniyada yüzdə 3 artım olarkən, İtaliya kinolarında yüzdə 7,1 Almaniyada yüzdə 4,2 eniş yaşandı.
Hobbit filminin son versiyası "The Battle of the Five Armies" keçən il 22.7 milyon tamaşaçı ilə Avropa ittifaqında kassa rekordu qırdı.
Hunger Games filmi isə 20,1 milyonla ikinci sırada yer tutdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr