TRT FM yeniliyə növbəti imzasını atdı

TRT radio fəaliyyətinin 88-ci ilində “Dünyanın Ən Yaxşı Radio Proqramı" ilə Azərbaycan, Almaniya və Bosniya-Herseqovaniya ilə canlı və eyni vaxtda dinləyiciləriylə görüşdü.

273026
TRT FM yeniliyə növbəti imzasını atdı

  Türkiyə Radio Televiziya Qurumunun Berlin, Bosniya-Herseqovaniya nümayəndəliyi ilə Bakı radiosunda keçirilən ilk ölkələrarası yayına yönləndirici-koordinator Erkan Yavaş, Erhan Konuk və aparıcılar Bay J və Muzaffer Qusar məsul oldular.

  Məşhur radio serverlərinin ilk qonaqları isə TRT-nin baş direktoru Şenol Göka, müavini Erkan Durdu və TRT radiosunun rəhbəri Amber Türkmen idilər.

  TRT-nin baş direktoru Şenol Göka “Radio işçiləri gözəgörünməz qəhrəmanlardır, onlar görünmədən sevilir və görmədən sevə bilirlər” deyərək radiolar arasındakı bu güclü rabitə vasitəsilə proqramları beynəlxalq arenaya yaymaq istədiklərini bildirib.

  “Guinness” rekordlar kitabına girməyə namizəd olan TRT radio yayını aprel ayından başlayaraq TRT damı altında yenə Azərbaycan, Almaniya, Bosniya-Herseqovaniya üçbucağında TRT FM üzərindən davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr