Amerikalı məşhur aktyor Harrison Fordun təyyarəsi qəzaya uğrayıb

72 yaşlı aktor başından zədə alıb, amma şüuru yerində olduğu üçün həyati təhlükəsi yoxdur.

250814
Amerikalı məşhur aktyor Harrison Fordun təyyarəsi qəzaya uğrayıb

  Fordun iki nəfərlik kiçik təyyarəsi Los Angelesin bir qolf sahəsi üzərində müvazinətini itirib və ağaclara ilişərək yerə düşüb.

  İlkin versiyaya görə, təyyarə motorlarındakı texniki nasazlıq ucbatından qəzaya uğrayıb.

  Təyyarə sürməyə həvəsi olan məşhur Harrison Fordun bu marağı “Star Wars” və “Indiana Jones” filmlərindəki rollarından bəllidir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr