Türk modası bir daha dünyaya açıldı

Türk moda sektorunu dünyaya açmağı hədəfləyən “Hadije”nin qurucusu, gənc iş xanımı Xədicə Aydeniz ticarət planlarının ilk addımını Qatarda atdı.

243756
Türk modası bir daha dünyaya açıldı

  Aydeniz qarşıdakı aylarda 100 Türkiyəli iş adamı ilə Qatarda etmək istədiyi ticarət fəaliyyətlərinə başlamaq üçün ilkin danışıqlarda oldu: kral ailəsindən şeyxin bacıları Mozahın bacısı Munira Bint Nasser Aimissnedlə görüşdü.

  Gənc yaşına baxmayaraq, beynəlxalq moda təşkilatları adından danışan Xədicə Aydeniz ötən ayların birində Türkiyəli stilistləri Azərbaycanlı həmkarlarıyla görüşdürmüşdü.

  “Dilek Hanif”, “Azad Masur”, “Özlem Süer” kimi adlı-sanlı firmaları “Hadije” markası altında bir araya gətirən Aydeniz hədəfinin Türkiyəli tekstil firmalarını dünyaya tanıtmaq və xarici sərmayəçiləri Türkiyəyə cəlb etmək olduğunu söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr