"Sübh namazına da qalxdım, oruc da tutdum", Patricia Arquette

“Boyhood”dakı roluyla “Yaxşı yardımçı qadın oyunçu” Oscarını qazanan Patrisiya Arket (Patricia Arquette) 12 ildir çəkildiyi bu rolu barədə deyib:

228938
"Sübh namazına da qalxdım, oruc da tutdum", Patricia Arquette

  "Həqiqətən çox qəribə və şahanə duyğular yaşadım. Qəribə, ona görə ki, aradan keçən 12 ildə heç bitməyəcəyini düşündüyüm halda birdən gördük film hazırdır".

  Patricia Arquette dini mənsubiyyəti barədə soruşanlara isə bu cavabı verib: "Anam yəhudidir, amma bütpərəstliyi mənimsəmişdi, bizi isə katolik məktəbinə göndərmişdilər. Atam isə sonradan müsəlman oldu. Mən onunla sübh namazına da qalxdım, oruc da tutdum. Qısası, hər cür din və mədəniyyətin qucaqlandığı bir mühitdə böyüdüm".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr