Pol Qogenin rəsm əsəri qiymət rekordunu təzələyib

Fransız boyakarı Pol Qogenin rəsm əsəri hərracda 300 milyon dollara satılaraq qiymət rekordunu təzələyib.

213631
Pol Qogenin rəsm əsəri qiymət rekordunu təzələyib

İsveçrəli kolleksiyaçı, Sotheby's ticarət evinin keçmiş əməkdaşı 62 yaşlı Rudolf Ştexelin satışa çıxardığı rəsm əsərini Qətər vətəndaşının satın aldığı bildirilir.
Nafea Faa Ipoipo(toy nǝ vaxtır) adlı bu əsər 50 ilə yaxın müddətdə Bazel şəhərinin incəsənət muzeyində nümayiş olunub. Muzeyin əsas binası 2016-cı ilə qədər təmir üçün bağlanılıb.
Yaxın günlərdə yeni rekorda imza atmış bu əsəri Bazeldəki Beyeler fondunda, həmçinin Madrid şəhərindəki kraliça Sofiyanın İncəsənət mərkəzində və Vaşinqtonda Fillipsin kolleksiyasının sərgilərində görmək mümkün olacaq. Әsərin yeni sahibinə 2016-cı ilin yanvarında təqdim edilə bilǝcǝyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr