Parisdə döyüş filminə qadağa

Keçən ay 20 nəfərin öldüyü qanlı terror hadisəsinə şahid olmuş Parisdə qəribə bir qərar alındı.

212990
Parisdə döyüş filminə qadağa

Keçən ay 20 nəfərin öldüyü qanlı terror hadisəsinə şahid olmuş Parisdə qəribə bir qərar alındı.
Bir çox unudulmaz aksiyon filminə ev sahibliyi etmiş Parisdə ikinci bir qərara qədər açıq məkanlarda dedektiv və döyüş məzmunlu film səhnələrinin çəkilməsi qadağan edildi.
Paytaxtda terror təhlükəsi keçənə qədər filmlər üçün yolların müvəqqəti bağlanması da qadağan edildi.
Nə qədər qüvvədə qalacağı bilinməyən bu qərarın alınmasıyla ən az 4 filmin açıq hava çəkilişlərinə icazə verilmədi.
Fransada hər il yerli və xarici ümumilikdə 900ə qədər film çəkilir.
Qeyd edək ki, Parisdə 7 Yanvar tarixində Şarli Hebdo jurnalına hücumla başlayan 3 ayrı terror hadisəsində ümumilikdə 20 nəfər həlak oldu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr