Özbәkisdan teatrından konsert-tamaşa

Yanvarın 26-da “Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa göstəriləcək.

196873
Özbәkisdan  teatrından konsert-tamaşa

Özbəkistan teatrı “Arşın mal alan” operettası əsasında konsert-tamaşa hazırlayıb
Yanvarın 26-da Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa göstəriləcək.
Layihənin bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanovadır. Konsert-tamaşanın musiqi nömrələrini Beynəlxalq müsabiqələr laureatı “Qolden Trophu” Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa edəcək.
Qeyd edək ki, “Arşın mal alan” tamaşası Özbəkistanda çox populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər bir neçə il əvvəl paytaxtdakı Operetta Teatrında rus dilində tamaşaya qoyulub, indi də səhnədədir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr