Türkdilli ölkǝlǝr , UNESCO-da ǝmǝkdaşlıq edǝcǝk

UNESCO-ya üzv Türk dövlǝtlǝri ortaq irsin qorunmasında güclǝrini birlǝşdirir.

152714
Türkdilli ölkǝlǝr , UNESCO-da ǝmǝkdaşlıq edǝcǝk

UNESCO-ya üzv Türkdilli ölkǝlǝr, Türk dünyasına mǝxsus ǝnǝnǝ vǝ mǝdǝniyyǝt irsinin qorunması vǝ tanıdılması üçün ǝmǝkdaşlıq etmǝ qǝrarına gǝlib.
Dekabrın 18-də Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclası öz işinə başlayıb.
İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi önəmli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.
Azerbaycan xarici işler naziri Elmar Memmedyarov, çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Diqqətə çatdırılıb ki, iyirmi ildən artıqdır Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan artıq soydaşımızın fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcburdur. Nazir deyib: “Bizim təşəbbüsümüzlə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin, nə də UNESCO-nun bu qərarının tələblərini yerinə yetirməyib. Ermənilər işğal altında olan Dağlıq Qarabağda və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrini məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeylərimizi talan ediblər.
Xarici siyasət idarəsinin rəhbəri TÜRKSOY və UNESCO vasitəsilə ortaq mədəni irsin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillərə sağlam mədəni irsin çatdırılması işində səylərin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb
Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən TÜRKSOY-un baş katibi Düsen Kaseinov da Türk dünyasının mǝdǝniyyǝt irsinin qorunması vǝ tanıdılmasını ǝhatǝ edǝn ortaq layihǝlǝrin hǝyata keçirilmǝsinin daşıdığı ǝhǝmiyyǝtǝ işarǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr