Azərbaycanda qırğız şairi Toktogul Satılkanov anılıb

Bakıda qırğız şairi və ozanı Toktogul Satılkanovun anadan olmasının 150-ci ili münasibətilə Beynəlxalq Konfrans təşkil edilib.

142193
Azərbaycanda qırğız şairi Toktogul Satılkanov anılıb

Azərbaycanın paytaxtı Bakıda qırğız şairi və ozanı Toktogul Satılkanovun anadan olmasının 150-ci ili münasibətilə Beynəlxalq Konfrans təşkil edilib.
Konfransda Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, TÜRKSOY sədri Düsen Kaseinov, Eskişehir valisi Güngör Asim Tuna və bir çox ədəbiyyatçı iştirak edib. Mərasimdə şairin həyatı və əsərləri barədə məlumat verilib, bəstələri səsləndirilib.
Konfransda TÜRKSOY tərəfindən nəşr olunan “Toktogul Satılkanov Seçilmiş Əsərləri” və beş dildə nəşr olunan “Toktogul Şerǝ, Nəğməyə Çevrilən Ömür” kitabları da təqdim olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr