"Uzun Səyahət" adlı fotoşəkil sərgisi

Fələstinli qaçqınların 60 ildən çox müddətdir ki, qonşu ölkələrdə və qaçqın düşərgələrində çəkdikləri çətinlikləri və ağrıları sərgiləyən fotoşəkil sərgisi açılıb.

205020
"Uzun Səyahət" adlı fotoşəkil sərgisi


Ötən gün BMT Baş Assambleyası qarşısında Fələstinli qaçqınların 60 ildən çox müddətdir ki, qonşu ölkələrdə və qaçqın düşərgələrində çəkdikləri çətinlikləri və ağrıları sərgiləyən fotoşəkil sərgisi açılıb.
Sərgidə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Mühacirlərə Kömək Quruluşunun arxivindəki fotoşəkillərdən nümunələr də yer alıb.
Tədbirdə çıxış edən Pan Gi Mun Fələstin xalqının çəkdiyi çətinliklərin Qəzza və İordan Çayının Qərb sahillərinin bu fotoşəkillərlə təkrar xatırlandığını bildirərək, Suriyadakı vətəndaş müharibəsi və Livanda baş verən hadisələrin də fələstinli qaçqınlar üzərində böyük dağıdıcı təsirləri olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr