Türk kinosu Moskvada tanıdılır

“Türkiyǝ Kinofilmi Dünya Akademik Görüşlǝri” tǝdbiri Rusiyanın paytaxtı Moskvada başlayıb.

201647
Türk kinosu Moskvada tanıdılır

“Türkiyǝ Kinofilmi Dünya Akademik Görüşlǝri” tǝdbiri Rusiyanın paytaxtı Moskvada başlayıb.
Tǝdbirin ilk günündǝ rejissor Kutluğ Atamanın “Quzu” adlı filminin Rusiya premyerası olub.
Rejissor Ataman, premyeradan sonra “Türkiyǝ Kinofilminǝ Fǝrqli Baxışlar” mövzulu toplantıda iştirak edib. Tǝdbir üçün seçilǝn “Bir Zamanlar Anadoluda” filminin rejissoru Zeynǝb Atakan Özbatur, “Patron Mutlu Son İstǝyir” filminin baş rol oyuncusu Әzgi Molanın da qatıldığı toplantıya rǝhbǝrliyi isǝ Әlif Dağdǝvirǝn üzǝrinǝ götürüb.
Mǝdǝniyyǝt vǝ Turizm Nazirliyi tǝrǝfindǝn dǝstǝklǝnǝn, İstanbul Universiteti vǝ Rusiya Dövlǝt kinomatoqrafi İnistitutunun ǝmǝkdaşlığı ilǝ keçirilǝn tǝdbirǝ rus tǝlǝbǝlǝr böyük maraq göstǝrir. Tǝdbir ayın 23-dǝ sona çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr