Türk filmlərinin 100-cü ili

TRT, Türk filmlərinin 100-cü ili münasibətilə yeni bir layihəyə start verib.

200149
Türk filmlərinin 100-cü ili

TRT, Türk filmlərinin 100-cü ili münasibətilə yeni bir layihəyə start verib.
Layihənin ilkin mərhələsində ötən gün axşam "Koyverdin Gittin Beni" filminin ilk premyarası keçirilib.
TRT-nin baş direktoru Şenol Gökanın ev sahibliyi ilə qurumun İstanbul Təpəbaşındakı studiyasında təşkil olunan proqramda rəsmilərlə yanaşı, filmin yaradıcı heyəti, aktyorlar, media mənsubları və sənətkarlar iştirak edib.
Şenol Göka “TRT televiziya filmlərini dəstəkləmək, eyni zamanda film sənətçilərinə dǝstǝk olmaq məqsədilə böyük bir layihəyə başladıq. Bu ərsəyə gətirdiyimiz birinci filmdir”. Bir sevda, bir həsrət, bir geriyə dönüş hekayəsi olan "Koyverdin Gittin Beni" övlad həsrəti çəkənlərə həsr olunan bir filmdir. Kövrək insani münasibətlərin ön planda olduğu film, xarici ölkələrdə festivallara təqdim olunacaq daha sonra da TRT ekranlarında yayımlanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr