"İki qitə, bir şəhər" müsabiqəsinın qalibləri İstanbulda

Dünyanın dörd bir tərəfindən minlərlə İstanbulu sevən insanlar müsabiqəyə böyuk maraq göstəriblər

188125
"İki qitə, bir şəhər" müsabiqəsinın qalibləri İstanbulda

Dünyanın dörd bir tərəfindən yüzlərlə İstanbulu sevən insanlar müsabiqəyə böyuk maraq göstərib. Müsabiqənin mövzusu İstanbul olduğu üçün qaliblərə İstanbul və Ankaradan ibarət 5 günlük tətil təşkil olunub. Qaliblər Azərbaycandan olan Kamran Məmmədov, Bolqarıstandan Teodora Krasimirova Koleva, İrandan Roksana Hamidi, İspaniyadan Maria Zabala Sanchez, Makedoniyadan Martin Nikolovski, Rusiyadan Vladimir İvanoviç Qudzensko, Yunanıstandan isə Thanasis Papageorgioua mükafata layiq görülüb. Beləliklə TRT-nin xarici yayınlar dairə rəhbərliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən müsabiqənin qalibləri Türkiyəyə dəvət olunub. TRT-nin baş direktoru Şenol Göka onları təbrik edərək, qəbul etməkdən məmnun olduğunu dilə gətirib. Müsabiqənin keçirilməsində məqsəd Türkiyəni daha yaxından tanıtmaqdır. Əvvəlcə qaliblər Ankara şəhərində Anıtkabir, Anadolu Mədəniyyətlər Muzeyi və Ankara qalasını ziyarət ediblər. Qarşıdakı günlərdə isə iki qitəni bir-birinə bağlayan İstanbulda gəzməli-görməli yerləri gəzmək imkanı əldə edəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr