Türk filmləri Polşada

Türkiyə Polşa münasibətlərinin 600-cü ili çərçivəsində oktyabrın 3-dən 10-dək Polşada “Türk filmləri həftəsi” keçiriləcək.

135558
Türk filmləri Polşada

Türkiyə Polşa münasibətlərinin 600-cü ili çərçivəsində oktyabrın 3-dən 10dək Polşada “Türk filmləri həftəsi” keçiriləcək.
Beynəlxalq Bogaziçi Film Dərnəyi tərəfindən təşkil olunacaq Türk Filmləri Həftəsi oktyabrın 4-də Varşavada “Kəpənəyin Yuxusu” filmi ilə başlayacaq. Varşava, Krakov və Lodzda eyni vaxtda həyata keçiriləcək film nümayişlərində “Qış Yuxusu”, “Asfalt Çiçəkləri”, “Araf”, “Atəşin Düşdüyü Yer”, “Yozgat Blues”, “Dondurmam Qaymaq”, “Lal”, “Sev Məni” fimləri göstəriləcək. Filmlərin nümayişinin ardınca yaradıcı heyət tamaşaçılarla da görüşəcək. Qısametrajlı filmlərin də nümayiş olunacağı Türk Filmləri Həftəsinində “Türk kinosu” adlı toplantı da keçiriləcək. Film həftəsi iki ölkə arasındakı münasibətləri gücləndirmək və türk filmlərini polşalı kinosevərlərə tanıtmaq məqsədini daşıyır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr