Arxeoloqlar Birliyi Konqresi keçirilir

İstanbul, Arxeoloqlar Birliyi Konqresinә ev sahibliyi edir.

121884
Arxeoloqlar Birliyi Konqresi keçirilir

Hər il Avropanın fәrqli bir ölkәsindә təşkil edilən Arxeoloqlar Birliyi növbәti konqresinә bu il, İstanbul Texnik Universiteti ev sahibliyi edilir.
76 ölkədən 3 mindən çox alimin qatıldığı konqresin bu ilki mövzusu “birləşdirən dənizlər, beynәlxalq mədəniyyət əlaqələri” olaraq təyin olunub.
Mədəniyyət və Turizm Naziri Ömər Çәlik, konqresin açılışında etdiyi çıxışında, “gələcəklә bağlı söz sahibi olmaq istәyәn bir ölkə üçün arxeoloji araşdırmalar seçim deyil, zərurətdir. Çünki millət və cəmiyyətlərin gücünü göstәrәn әsas ünsürlәrdәn biri mədəniyyətdir” deyә vurğulayıb.
Konqres, 14 sentyabra qədər davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr