2014 Pekin Beynəlxalq Kitab sərgisinin açılış mәrasimi olub

Türkiyənin "Fәxri qonaq" kimi iştirak etdiyi 2014 Pekin Beynəlxalq Kitab sərgisinin açılış mәrasimi olub.

104566
2014 Pekin Beynəlxalq Kitab sərgisinin açılış mәrasimi olub

Türkiyənin "Fәxri qonaq" kimi iştirak etdiyi 2014 Pekin Beynəlxalq Kitab sərgisinin açılış mәrasimi olub.
Çində hər il açılan və bu il Türkiyənin "fәxri qonaq" kimi qatıldığı Pekin Beynəlxalq Kitab Sərgisinin açılış mәrasimindә çıxış edәn Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Abdurrahman Arıcı Türkiyə və Çin arasındakı əlaqələrin inkişafına toxunub.
Çinin 2013-ci ildə Beynəlxalq İstanbul Kitab Fuarına fәxri qonaq kimi qatıldığını xatırladan Arıcı, Türkiyәnin İstanbulda vә Pekində reallaşdıracağı tədbirlərin uğurla nəticələnməsi üçün qarşılıqlı sәylәrin vә әmәkdaşlığın davam etmәsinin әhәmiyyәtini vurğulayıb.
Sәrginin açılış mәrasimi әvvәlindә Çin tərəfindən bəzi xarici yazıçı və alimlərə xüsusi kitab mükafatları tәqdim edilib. Mükafata layiq görülәnlәrdәn biri dә Türk yazıçı Cәm Kızılçeç olub. Mәrasimdә Mədəniyyət və Turizm Nazirliyi sənətçilərinin konsertinә böyük maraq göstәrilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr