Nuhun gəmisi Cudiyə gətiriləcək

"Nuh: Böyük Tufan" filmində istifadə olunan "Nuhun Gəmisi" ABŞ-dan gətirilərək Cudi Dağının ətəklərində qoyulacaq.

107011
Nuhun gəmisi Cudiyə gətiriləcək

Russell Crowenin baş rolunu oynadığı "Nuh: Böyük Tufan" filmində istifadə olunan "Nuhun Gəmisi" ABŞ-dan gətirilərək Cudi Dağının ətəklərində qoyulacaq. Gəmi Cudi dağına gətiriləndən sonra bölgə milli park elan ediləcək.
Bununla bağlı İstanbulda keçirilən toplantıda “Nuhun Gəmisi” layihəsinin Koordinatoru Emrah Doğru, “Allevents” İdarə heyəti başçısı Hüseyn Kalkavan, İdarə heyəti üzvü Murat Akan və Layihənin Əlaqələndirici koordinatoru Ebru Gençoğlu iştirak edib. Nuhun gəmisi Layihə Koordinatoru Emrah Doğru sahənin Milli Park elan edilməsi ilə birlikdə bölgə şərtlərinə uyğun bir zooparkın inşa ediləcəyini deyib. Layihəyə universitet tələbələri və vətəndaşlar da cəlb olunacaq.
Cudi dağının əhəmiyyəti
Cudi Dağı, Cənub-şərq Anadoluda, Şırnak və Silopi mərkəzləri arasında yerləşən 2114 metrlik yüksəkliyə sahib bir dağdır. Tufandan sonra Nuh Peyğəmbərin gəmisinin dayandığı dağın Cudi Dağı olduğu söylənilir. Quran-ı Kərimdə Nuhun gəmisinin vəziyyəti Hud surəsinn 44-cü ayəsində, “Ey yer suyunu ud! Və ey göy suyunu tut!" deyilirdi. Su çəkildi, iş başa çatdı. Gəmi də Cudi dağının ətəyində yerləşdi” olaraq rəvayət olunur. Nuhun gəmisinin olduğu yerin Ağrı Dağı olduğuna dair fikirlər də var. 1980-ci illərdə aya ilk ayaq basan astronavt Neil Armstronqun olduğu bir qrupun Ağrı dağında Nuhun gəmisində apardıqları axtarış işləri o zamanlar Türk ictimaiyyətində böyük səs –küyə səbəb olmuşdu.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr