Türkiyenin Səudiyyə Ərəbistanına ixracında artım olub

Türkiyenin Səudiyyə Ərəbistanına ixracı yanvar-iyul dövründə 1,2 milyard dolları keçib.

2022394
Türkiyenin Səudiyyə Ərəbistanına ixracında artım olub

Türkiyenin Səudiyyə Ərəbistanına ixracı yanvar-iyul dövründə 1,2 milyard dolları keçib.

Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması ilə iki ölkə arasında ticarət fəaliyyəti də yaxşılaşmağa davam edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın ötən ay Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Türkiye və Səudiyyə Ərəbistanı nümayəndə heyətləri arasında 5 yeni anlaşma memorandumu imzalanıb.

Türkiyenin Səudiyyə Ərəbistanına ixracı ilin 7 ayında 630 faiz artaraq 1 milyard 256 milyon dollara çatıb. Beləliklə, Səudiyyə Ərəbistanı Türkiyenin ən çox ixrac etdiyi 25-ci ölkə olaraq qeydə alınıb.

Bu ölkə Türkiyenin dəyər baxımından ən çox ixrac etdiyi ikinci ölkə olaraq da qeyd edilib.

Xalça sənayesi Səudiyyə Ərəbistanına ən böyük ixracı reallaşdırıb.

Xalça sənayesi Səudiyyə Ərəbistanına ilin 7 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə ixracda 168 milyon 436 min dollar artım qeyd edib.



Әlaqәli Xәbәrlәr