2024-cü ilin may ayında Türkiyədən təzə meyvə-tərəvəz ixracı

Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Fərhad Gürüz verdiyi yazılı açıqlamada bildirib ...

2152266
2024-cü ilin may ayında Türkiyədən təzə meyvə-tərəvəz ixracı

 

  2024-cü ilin may ayında Türkiyədən 284 milyon dollarlıq təzə meyvə-tərəvəz ixrac edilib.

  Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Fərhad Gürüz verdiyi yazılı açıqlamada bildirib: “2024-cü ilin may ayında ölkə təzə meyvə-tərəvəz ixracından əvvəlki ilin eyni dövrünə görə 14 faiz artımla 284 milyon dollar gəlir əldə edib. Bu, əhəmiyyətli artımdır. Sektorun may ayında ən çox təzə meyvə və tərəvəz ixrac etdiyi ölkələr Rusiya, İraq və Almaniya olub”.



Әlaqәli Xәbәrlәr