Türkiyə-Macarıstan Maliyyə Texnologiyaları Əməkdaşlıq toplantısı

Macarıstan “Fintech” Dərnəyinin sədri Soltan Aks (Zoltan Acs) Türkiyənin böyük bir bazar olduğunu söyləyərək deyib ...

2153059
Türkiyə-Macarıstan Maliyyə Texnologiyaları Əməkdaşlıq toplantısı

 

  İstanbulda Türkiyə-Macarıstan “Fintech” (maliyyə texnologiyaları) əməkdaşlıq toplantısı keçirildi.

  İki ölkənin sahibkarlıq və maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin bir araya gəldiyi sammitdə maliyyə texnologiyaları sahəsində ən son yeniliklər, maliyyə texnologiyaları sahəsində yeni əməkdaşlıqlar, rəqəmsal bankçılıqdan tutmuş investisiya texnologiyalarına qədər bir çox sahədə müzakirələr aparılıb. Məqsəd investisiyaları qarşılıqlı artırmaqdır.

  Macarıstan “Fintech” Dərnəyinin sədri Soltan Aks (Zoltan Acs) Türkiyənin böyük bir bazar olduğunu söyləyərək deyib: “Tədbir “Fintech” sahəsində tərəfdaşlıqların qurulması üçün mühüm addım oldu. Bizim çox yaxşı proqram tərtibatçılarımız var. Riyaziyyat və mühəndislikdə çox yaxşıyıq. Bizim yaxşı əczaçılıq şirkətlərimiz də var. Türkiyə isə bina və infrastruktur qurmaq üçün böyük imkanlara malikdir. Güclərimizi birləşdirə bilsək, düşünürəm ki, böyük işlər görə bilərik.

  Türkiyə Macarıstandakı şirkətlərə investisiya qoya bilər.

  “Fintech” tərəfdaşlığı ölkələr arasında ticarəti artıracaq”.



Әlaqәli Xәbәrlәr