“Türkiyə güclü iqtisadi təməllərə sahibdir”, B.Albayrak

Xəzinə və Maliyyə naziri Berat Albayrak Türkiyənin iqtisadiyyatının təməllərinin sağlam olduğunu bildirərək, "Türkiyə ilə ABŞ arasında əlaqələri həm regional,  həm də qlobal arenada dərinləşir” deyib.

1131485

Nazir İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumunda “İnkişaf yolundakı bazarların görünüşü” mövzulu iclasa qatılıb.

İclasda suallara cavab verən Albayrak: “Türkiyə iqtisadiyyatı yerləşdiyi bölgədəki problemlərə baxmayaraq böyüməkdə davam edir. Ölkəmiz bölgədəki başqa ölkələrin problemlərindən təsirlənir. 4 milyondan artıq miqranta ev sahibliyi edir və bölgənin sabitliyin hakim olduğu tək ölkəsidir” deyib.

Türkiyənin dövlət borcunun milli gəlirə nisbətinin 28 faiz olduğunu, bunun da borc idarəsinin güclü olduğunu göstərdiyini vurğulayan nazir ölkənin yoluna son dərəcə müsbət davam etdiyini, Türkiyə iqtisadiyyatının güclü bir balansa sahib olduğunu söyləyib.  

Әlaqәli Xәbәrlәr