Doqquz ayda Türkiyədə qızıl hesabları

...  Sözügedən proseslərin təsirilə il başından bu yana rekord üstünə rekord qıran banklardakı qızıl hesabları yeni dəyər əsasında tarixi zirvəsini yenilədi.

1080810
Doqquz ayda Türkiyədə qızıl hesabları

  Türkiyə banklarındakı qızıl hesablarının dəyəri 2018-ci ilin sentyabr ayından başlayaraq 40 milyard lirəyə qədər artaraq tarixi zirvəsini əldə edib.

  Qızıla olan tələbatın artması Amerika Birləşmiş Ştatları ilə Çin arasındakı ticarət gərginlik, valyuta məzənnələri ilə istiqraz faizlərində yüksəliş, geosiyasi risklər və inkişaf etmiş ölkə mərkəzi bankların pul siyasətlərindəki normallaşma addımlarının sürətlənməsi ilə bağlı olub.

  Ötən 9 aylıq prosesdə Türkiyədə qızılın qramı 46 faiz bahalaşıb.

  Sözügedən proseslərin təsirilə il başından bu yana rekord üstünə rekord qıran banklardakı qızıl hesabları yeni dəyər əsasında tarixi zirvəsini yenilədi.

  Bankçılıq Tənzimləmə və Nəzarət Qurumunun (Bankacılık Düzenleme ve Denetleme Kurumu - BDDK) məlumatına görə, ölkəiçi və xaricində qiymətli metal hesabları sentyabrda 2017-ci ilin sonuna nisbətən 15 milyard 720 milyon lirə artaraq 39 milyard 823 milyon lirə səviyyəsinə çatıb. Bu rəqəmin 38 milyard 830 milyon lirəsi ölkəiçi, 993 milyon lirəsi isə xarici vətəndaşların hesabına olub.  

  Qeyd edək ki, banklarda saxlanılan qiymətli metal hesabları 2017-ci ilin sonunda 24 milyard 103 milyon lirə idi.

  Aparılan hesablamalara görə, banklarda qızıl hesablarının həcmi 2017-ci ilin sonunda 153,6 ton ididə, son doqquz ayda bu rəqəm 20,5 ton artıb.



Әlaqәli Xәbәrlәr