Türkiyənin Afrika ölkələrinə ixracatı 2024-cü ilin ilk 4 ayında

Türkiyə İxracatçılar Məclisinin (TİM) ümumi məlumatına görə ...

2143940
Türkiyənin Afrika ölkələrinə ixracatı 2024-cü ilin ilk 4 ayında

 

  Türkiyənin Afrika ölkələrinə ixracatı 2024-cü ilin ilk 4 ayında 6 milyard dollara çatıb.

  Türkiyə İxracatçılar Məclisinin (TİM) ümumi məlumatına görə, Türkiyənin Afrika ölkələrinə ixracı ilin ilk 4 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 6 milyard dollar olub.

  2024-cü ilin yanvar-aprel dövründə Afrika ölkələrinə ixracatın ümumi ixracda payı 7,2 olaraq təyin edilib.

  Afrika ölkələrinə ən çox ixracat həyata keçirən 12 dövlətdən 5-cisi Türkiyədir.

  İlin 4 ayında Türkiyə Avropa İttifaqı dövlətlərinə 31,6, Yaxın Şərq ölkələrinə 9,7, Müstəqil Dövlətlər Birliyinə 7, digər Avropa ölkələrinə 6,7 milyard dollarlıq ixracat edib.

  Yanvar-aprel dövründə Türkiyənin Afrika qitəsində ən çox ixrac etdiyi ölkələr - 1,1 milyard dollarla Misir, 982,7 milyon dollarla Mərakeş, 766,5 milyon dollarla Əlcəzair, 669,5 milyon dollarla Liviya, 325,1 milyon dollarla Tunisdir.

  Afrika ölkələrinə ixracatda dəyər artımına görə Misir, Mərakeş və Əlcəzair liderlik edir.

  Ən çox ixracat kimya və məhsullar sektorunda həyata keçirilib.



Әlaqәli Xәbәrlәr