Türkiyə və Tacikistan ticarət həcmini artırır

Sosial media hesabındakı paylaşımında Ö.Bolat yazıb ...

2145559
Türkiyə və Tacikistan ticarət həcmini artırır

 

  Türkiyənin ticarət naziri Ömər Bolat Tacikistanla ticarət həcmini 1 milyard dollara çatdırmaqda qərarlı olduqlarını bildirib.

  Sosial media hesabındakı paylaşımında Ö.Bolat yazıb: “Türkiyə-Tacikistan 12-ci Dövr Müştərək İqtisadi Komissiyası (KEK) münasibəti ilə paytaxt Ankarada olan Tacikistanın Sənaye və yeni texnologiyalar naziri Şerali Kəbir ilə görüşdük, ikitərəfli ticarət həcminin yaxşılaşdırılması üçün nələr edilə biləcəyi ilə bağlı məsləhətləşmələr apardıq. 

  2023-cü ildə 529 milyon dollar olan ikitərəfli ticarət həcmimizi prezidentlərimizin göstərdiyi 1 milyard dollar hədəfinə çatdırmaq əzmindəyik”.



Әlaqәli Xәbәrlәr