Dünyanın ən ucuz avtomobili satışa çıxarılacaq

Avtomobilin ilkin qiyməti 250 min rubl və ya cəmi 3850 dollar deməkdir.

362688
Dünyanın ən ucuz avtomobili satışa çıxarılacaq

Hindistanın kiçik avtomobil şirkəti “Bajaj Qute” 2016-ci ilin yazında dünyada ən ucuz olan modelini Rusiya bazarına çıxarmağı planlaşdırır. Avtomobilin ilkin qiyməti 250 min rubl və ya cəmi 3850 dollar deməkdir.
Texniki göstəricilərinə gəlincə, “Bajaj Qute” 13 at gücündə bir silindrli 0.2 l həcmli benzin mühərriklə və 5 pilləli sürət qutusu ilə təchiz olunub.
Mini avtomobilin maksimal sütəri isə saatda 70 kilometrdir. Bir litr yanacaqla 36 kilometr məsafə qət edə bilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr