Türkiyənin yarması Kubada

Kubalılar Anadoluda yetişən yarmanı (bulgur) çox seviblər.

419728
Türkiyənin yarması Kubada

Kubalılar Anadoluda yetişən yarmanı (bulgur) çox seviblər.
Makaron, bulgur, paxla, bitki yağları firması Anadolu bulgurunu Kubada tanıdıb.
Paytaxt Havanada təşkil olunan “Fihav 2015”-də təqdim olunan bulgur böyük maraq doğurub.
Şirkət yaxın vaxtlarda Kubaya ərzaq tədarük edən firmaları Türkiyədə makaron, yağ, paxla ixracatçıları ilə görüşdürməyi planlaşdırır.
Sərginin ölkələr arasında əməkdaşlığa şərait yaratdığını deyən MBTG başçısı Surur Aydın, bulgurun əsas istehsal sahələrindən olduğunu bildirib. Məhsulun kubalıların ağız dadına yaxın olduğunu vurğulayan Aydın deyib:
“Makaron, paxla və bitki yağları istehsalı yaxşı bir sahədir. Kubada bu məhsullardan çox istehlak olunur. Onların ağız dadları bulgura çox yaxındır. Buna görə də burada olmamağımız üçün heç bir səbəb yoxdur.”
Sərgidə gözləniləndən daha çox maraq doğuran makaron və digər məhsullarla bağlı məlumat verilib. “ Bu Türkiyə üçün həqiqətən açıq bazardır və bu bazarların doğru işlənməsi, istehsalçı və ixracatçı firmalarımızın artırılması baxımından böyük əhəmiyyətə malikdir” deyə Surur Aydın bildirib.
Sərgi zamanı bu bölgənin insanları ilk dəfə bulgurla tanış olub. Bulgurun ləzzəti, dəyərinin yüksəkliyi və asan bişirilməsi çox sevilib”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr