Rusiyadan iqtisadi durğunluq etirafı

Dmitri Medvedev, ölkənin böyük bir iqtisadi durğunluğ yaşayacağını ilk dəfə etiraf edib.

157940
Rusiyadan  iqtisadi durğunluq etirafı

Rusiya baş naziri Dmitri Medvedev, son günlərdə neft və təbii qaz qiymətlərinin azalmasıyla Rusiya iqtisadiyyatında yaşanan çətinliklərdən danışıb. Baş nazir, ölkənin böyük bir iqtisadi durğunluğ yaşayacağını ilk dəfə etiraf edib.
Medvedev ötən həftə verdiyi açıqlamada, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların ölkəsi üçün çətinliklər yaratmayacağını bildirmişdi.
Qeyd edək ki, başda Amerika Birləşmiş Ştatları olmaqla Qərb ölkələri, Ukrayna böhranından sonra Rusiyaya iqtisadi sanksiyalar tətbiq edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr