Uruqvay ev sahibini darmadağın etdi

Rusiyada Futbol üzrə dünya çempionatının 3-cü turu start götürüb.

999792
Uruqvay ev sahibini darmadağın etdi

A qrupunda parallel olaraq iki oyun keçirilib.

“Volqoqrad Arena”da Səudiyyə Ərəbistanı yığması Misirlə münasibətlərinə aydınlıq gətirməyə çalışıb. Matç 2-1 hesabı ilə Səudiyyə Ərəbistanı yığmasının xeyrinə başa çatıb.

Samaranın “Kosmos” stadionunda eyni vaxtda başlayan oyunda isə ev sahibi olan Rusiya Uruqvay millisi ilə üzləşib. Matçda 3-0 hesabı ilə Uruqvay millisi qalib gəlib.

Beləcə son turdan sonra yekun nəticələrə görə, Uruqvay 9 xalla qrupdan birinci, Rusiya 6 xalla ikinci yerdə çıxıb.

 



Әlaqәli Xәbәrlәr