Hindistanda 2024-cü il Gənc Şahmatçılar üzrə Dünya Çempionatı

Paytaxt Yeni Dehlidə açıq və qadın kateqoriyalarında keçiriləcək tədbirdə 43 ölkədən 221 idmançı mübarizə aparacaq

2146724
Hindistanda 2024-cü il Gənc Şahmatçılar üzrə Dünya Çempionatı

 

  2-13 iyun tarixlərində Hindistanda 2024-cü il Gənc Şahmatçılar üzrə Dünya Çempionatı keçiriləcək.

  Paytaxt Yeni Dehlidə açıq və qadın kateqoriyalarında keçiriləcək tədbirdə 43 ölkədən 221 idmançı mübarizə aparacaq.

  Türkiyəni şahmat çempionatında Texas Rio Grande Valley Universitetində Kompüter Mühəndisliyi fakültəsinin ikinci kursunda təhsil alan, 2004-cü il təvəllüdlü beynəlxalq usta (İM) Ekin Barış Özenir təmsil edəcək.

  Hindistan Gənc Şahmatçılar üzrə Dünya Çempionatında 14-ü qrossmeyster olmaqla 102 titullu idmançı mübarizə aparacaq.

 



Әlaqәli Xәbәrlәr