İspaniya-Fransa qarşılaşması TRT ekranlarında

İlk finalçının müəyyənləşəcəyi qarşılaşma TRT 1 və TRT-nin rəqəmsal platforması “Tabii” vasitəsilə canlı yayımlanacaq

2160726
İspaniya-Fransa qarşılaşması TRT ekranlarında

 

  Almaniyanın ev sahibliyilə AVRO 2024-ün ilk finalçısı 9 iyulda bəlli olacaq. Yarımfinal matçında 9-da İspaniya və Fransa futbol komandaları üz-üzə gələcək.

  İlk finalçının müəyyənləşəcəyi qarşılaşma TRT 1 və TRT-nin rəqəmsal platforması “Tabii” vasitəsilə canlı yayımlanacaq.

  Münhen Futbol Arenasında Türkiyə saatı ilə 22.00-da başlayacaq görüşü Sloveniya Futbol Federasiyasından baş hakim Slavko Vinçiç idarə edəcək.

  9 iyul yarımfinal matçında qalib gələn iyulun 14-də 10 iyulda keçiriləcək Hollandiya-İngiltərə qarşılaşmasından qalibiyyətlə çıxan komanda ilə çempionluq mübarizəsi aparacaq.



Әlaqәli Xәbәrlәr