Türkiyə milliləri Hava və Odlu Silahlar üzrə Dünya Kuboku çempionları oldu

Münhendə keçirilən tədbirin final matçında Şevval və Yusuf çinli Ttzyan Jansin - Se Yuy (Jiang Ranxin - Xie Yu) dueti ilə üz-üzə gəlib

2150020
Türkiyə milliləri Hava və Odlu Silahlar üzrə Dünya Kuboku çempionları oldu

 

  Şevval və Yusuf Hava və Odlu Silahlar üzrə Dünya Kubokunda çempion oldular.

  Hava və Odlu Silahlar üzrə Dünya Kubokunun Almaniya mərhələsində yarışan Türkiyə milli atıcıları Şevval İlayda Tarhan və Yusuf Dikeç 10 metr pnevmatik tapançadan qarışıq komanda kateqoriyasında qızıl medal qazanıblar.

  Münhendə keçirilən tədbirin final matçında Şevval və Yusuf çinli Ttzyan Jansin - Se Yuy (Jiang Ranxin - Xie Yu) dueti ilə üz-üzə gəlib.

  Aypara-ulduzlu Türkiyə komandası 17-13 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.



Әlaqәli Xәbәrlәr