Monteneqrolu Zoran SimoviçTürkiyǝ vǝtǝndaşı olur

Qalatasaray futbol kulubunun uzun illər qapısını qoruyan Monteneqrolu Zoran Simoviç, Türkiyǝ vətəndaşı olmaq istǝdiyini bildirib.

447388
Monteneqrolu Zoran SimoviçTürkiyǝ vǝtǝndaşı olur

Futbolla ayrıldıqdan sonra bir müddət Türkiyədə yaşayan, sonra Serbiyanın Kruşevaç şəhərində daşınmaz ǝmlak alqı-satqısı ilǝ mǝşğul olan Simovic, Türk xalqı üçün çox darıxdığını deyib.

Sarı-qırmızıların komandasına transfer olduğu 1984-2004-cü il tarixinǝ qǝdǝr Türkiyədə yaşadığını bildirǝn Simovic, hǝmin vaxtların həyatının ən gözəl dövrü olduğunu vurğulayıb.

Simovic, Türkiyəni, İstanbulu, ən çox da Türk xalqını sevdiyini deyǝrǝk;

"Türk xalqı ilə yaşadıqlarımı heç bir şeyə dəyişmərəm. Türkiyədəki həyatım, buradakından daha yaxşı idi. Türk insanı, hər mövzuda mənə kömǝk edirdi. Həyatımın ən gözəl günlərini orada keçirdim. Buna görǝ dǝ Türkiyǝ vətəndaşı olmaq istəyirəm. İndi ən böyük arzularımdan biri budur" deyǝ o bildirib.

Simovic, uzun illər yaşadığı Türkiyədən heç zaman ayrılmadığını, xüsusilə Türk futbolunu yaxından izlǝmǝyi davam etdirdiyini söylǝyib.



Әlaqәli Xәbәrlәr