Türkiyə təmsilçilərinin Avropa həyəcanı başlayır
Türkiyə təmsilçilərinin bütün oyunları TRT 1 və TRT Tabii vasitəsilə şifrəsiz olaraq canlı yayımlanacaq
UEFA Avropa Liqası yeni formatı ilə ilk dəfə TRT ekranlarında tamaşaçıların qarşısına gəlir. Türkiyə təmsilçilərinin bütün oyunları TRT 1 və TRT Tabii vasitəsilə şifrəsiz olaraq canlı yayımlanacaq. “Qalatasaray” 25 sentyabrda PAOK-u, Fənərbaxça isə ayın 26-da USG-ni qonaq edəcək. “Beşiktaş” isə 26 sentyabrda “Ajax”la qarşılaşacaq.
“Qalatasaray” Yunanıstan təmsilçisi PAOK ilə Avropa kuboklarında ilk dəfə qarşılaşacaq. RAMS Parkda Türkiyə vaxtı ilə saat 22.00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq oyunu ispaniyalı hakim Alehandro Ernandez (Alejandro Hernandez) idarə edəcək.
“Fənərbaxça”nın Avropa Liqası macərası sentyabrın 26-da Belçikanın “Union Saint-Gilloise” komandası ilə başlayacaq. Türkiyə komandası keçən mövsümdə də “Union Saint-Gilloise” ilə Konfrans Liqasının 1/8 final mərhələsində qarşılaşmış və rəqibi üzərində qələbə qazanmışdı. “Ülker” stadionunda Bakı vaxtı ilə saat 20:45-də başlayacaq matçı fransalı hakim Benoa Bastiyen (Benoit Bastien) idarə edəcək.
UEFA Avropa Liqasındakı digər Türkiyə təmsilçisi “Beşiktaş” ayın 26-da Hollandiya komandası “Ajax” ilə qarşılaşacaq. “Beşiktaş” daha əvvəl “Ajax”la 6 dəfə qarşılaşıb və bütün bu oyunlar Hollandiya təmsilçisinin üstünlüyü ilə başa çatıb. Amsterdamda “Johan Cruyff” futbol meydanında Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunu ingiltərəli hakim Con Bruks (John Brooks) idarə edəcək.