“Türk gəncliyi türk dünyasını ortaq coğrafiya olaraq görməlidir”, B.Ərdoğan
Oyunların keçirildiyi paytaxt Astanada Türk Dünyası Gənclərinin Dünya Mədəniyyətində Rolu panelində çıxış edən B.Ərdoğan bunları söyləyib ...
Qazaxıstanda keçirilən V Dünya Köçəri Oyunları zamanı Dünya Etnoidman Konfederasiyasının (DEK) prezidenti Bilal Ərdoğan "Güclü türk dünyası İslam ölkələrilə əməkdaşlıq edərək İsrailin Qəzzada insanlığa qarşı cinayət törətməsinin qarşısını almış olar" dedi.
Oyunların keçirildiyi paytaxt Astanada Türk Dünyası Gənclərinin Dünya Mədəniyyətində Rolu panelində çıxış edən B.Ərdoğan bunları söyləyib: Türk dünyasının mədəni zənginliyi köçəri oyunları sayəsində də qorunub saxlanılır. Türk dövlətlərinin potensialı çox böyükdür. Türk gəncliyi ortaq gələcəyi paylaşma fikri ilə türk dünyasını ortaq coğrafiya olaraq görməlidir.
Qeyd edək ki, Qazaxıstanın ev sahibliyi etdiyi, təxminən 90 ölkədən 2 mindən çox idmançının iştirakı ilə olan V Dünya Köçəri Oyunları avqustun 8-də başlayıb. Dünyada ənənəvi idman növlərinin olimpiadası” kimi 2 ildən bir keçirilən V Ümumdünya Köçəri Oyunları sentyabrın 13-dək Qazaxıstanın paytaxtı Astanada “Ulu dala dübiri” (Böyük Çöldə Görüş) şüarı ilə davam edəcək. Bu idman tədbirində atüstü oyunlar, ənənəvi intellektual görüşlər, döyüş sənətləri, oxatma və quş ovu daxil olmaqla 21 ənənəvi türk idman növü üzrə yarışlar keçirilir. V Dünya Köçəri Oyunları sırasında Qazaxıstana 100 mindən çox turistin olacağı gözlənilir.