Türk tennisçilərinin növbəti uğuru

Beynəlxalq Tennis Federasiyası ITF-in turnirlərindən olan TEB Ankara Cupda Türkiyə millisi Çağla Büyükakçay, İpək Soylu və İnci Öğüt rəqiblərini məğlub edərək son 16-ya qalıb.

410674
Türk tennisçilərinin  növbəti uğuru

Çempionatın açılış turunda Berfu Cegizi 6-0,6-1 hesab ilə məğlub edən Büyükakçay Rusiyalı Marina Melnikova ilə cütləşib.
İpək Soylu isə rəqibi Sorana Cirsteanı 6-1,6-1 hesab ilə məğlub edərək növbəti tura vəsiqə qazanıb. Soylunun növbəti rəqibi Rusiyalı Nataliya Vikhlyantseva olacaq.
İnci Öğüt isə Rusiyalı rəqibini məğlub edərək növbəri tura vəsiqə qazanıb.
Qeyd edək ki, İnci Öğüt dörtdəbir finalda Hollandiyalı Cindy Burger ilə qarşılaşacaq.
Xatırladak ki, üç Türkiyə təmsilçisinin növbəti qarşılaşmaları bu gün baş tutacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr