Mәşhur futbolçu öldürülüb
Senzo Meyiva Yohannesburq şəhəri yaxınlığında qaldığı evindә qətlə yetirilib.
172458
![Mәşhur futbolçu öldürülüb](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/10-11/Files/UploadedImages/2995448191meyiwa.jpg?time=1718409873)
Futbol üzrə Cənubi Afrika Respublikasının qapıçısı və kapitanı Senzo Meyiva Yohannesburq şəhəri yaxınlığında qaldığı evindә qətlə yetirilib.
TRT Azәrbaycanın “Reuters”ə istinadən xәbәrindә bildirilib: Cinayət hadisəsi Veslurus qəsəbəsi yaxınlığında törədilib. Meyiva-nı, qaldığı evə gəlәn iki naməlum şəxs tәrәfindәn öldürülüb. 27 yaşlı Meyiva Cənubi Afrikanın “Orlando Payrets” klubunda çıxış edib. Son 4 oyunda isə o, Cәnubi Afrika Millisinin kapitanı olub.